Azərbaycan prezidenti həmsədrlərlə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri İqor Popovu, Ceyms Uorliki, Jak Foru və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv