73 yaşlı QADININ MEYİTİ TAPILDI
Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri mənzildə qadın meyiti aşkar ediblər.
APA TV-nin Mil-Muğan bürosunun hadisə yerində olan məlumatına görə, Şirvan şəhəri H.Əliyev prospekti 42, mənzil 12 ünvanında yaşayan 73 yaşlı Abdullayeva Güllü Əhməd qızının meyiti tapılıb. Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan Güllü Abdullayevanın yaxınları ondan xəbər ala bilməyiblər. Giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavb vermədiyini görən qohumlar və qonşular Fövqəladə Hallar Nazirliyinin qaynar xətt xidmətinə müraciət ediblər. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yaşlı qadın evdə tək yaşayırmış. Xilasedicilər mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar və mənzildə yaşlı qadının meyitini aşkarlayıblar.