TOVUZDA GÜCLÜ PARTLAYIŞ BAŞ VERİB

Tovuz şəhər Natiq Əsgərov küçəsi ev 12-də güclü partlayış baş verib. APA TV-nin xəbərinə görə, hadisə Tovuz rayon sakini Kamil Cəfərova məxsus hər mərtəbəsi 180 kvadratmetr olan olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Partlayışın dalğası o qədər güclü olub ki, ikimərtəbəli yaşayış binasının bir tərəfi tamamilə çöküb. Hadisə zamanı birinci mərtəbədə olan ev sahibləri canlarını partlayışdan salamat qurtara bilib. Ev sahibi Kamil Cəfərov bildirib ki, evin ikinci mərtəbəsində evə qaz dolub və soyuducuda yaranan qısa qapanma nəticəsində partlayış baş verib. Anidən baş verən partlayış qonşularda da hiss olunub.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli