Yasamalda yaşayış evində yanğın olub

Bakının Yasamal rayonunda yaşayış evində yanğın olub. APA TV-nin məlumatına görə, hadisə Xıdır Mustafayev küçəsində Arzu Əsgərova məxsus həyət evində qeydə alınıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin Yasamal rayon hissəsinin iki yanğınsöndürmə briqadası cəlb edilib. Yanğınsöndürünlər alovun yayılmasına imkan verməyiblər və yanğın söndürülüb.

 

Ev sahibinin verdiyi məlumata görə, yanğının baş verdiyi ikinci mərtəbədə yaşayış olmayıb. Orada bir həftə əvvələ qədər kirayişinlər yaşayıblar. Ev sahibi qısaqapanmanın səbəb olduğunu düşünür. "Azəriqaz" istehsalat Birliyinin Yasamal Qaz İstismar Sahəsinin əməkdaşları da hadisə yerinə baxış keçiriblər. Onlar da yanğının qazdan baş verdiyini istisna edirlər.

 

Faktla bağlı araşdırma aparılır.


 

Müəllif | Apa.Tv