ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANININ VAXTI AÇIQLANDI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərin ilkin plan-qrafikini açıqlayıb. APA TV xəbər verir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu 11-20 fevralda aparılacaq. Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi martın 2-də, 2-ci mərhələsi mayın 25-də keçiriləcək. Magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi 30 mart, 2-ci mərhələsi 27 iyulda olacaq. Rezidenturaya ixtisaslaşma seçimi 29-31 iyul, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 6, 13 (təkrar), 20, 27 aprel, 25 may (təkrar), 1 iyun, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-30 apreldə keçiriləcək. Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur  15 aprel – 30 aprel, rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü 25 aprel, rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının 1-cisi 4 may, 2-cisi 3 iyulda olacaq.

 
Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı II və III qruplar üzrə 11 may, I və IV qruplar üzrə 18 mayda keçiriləcək. Bu ilin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı iyul ayında olacaq.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova