Həmsədrlər İRƏVANDA ETİRAZLA QARŞILANDI
Ermənistana səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri etiraz aksiyası ilə üzləşiblər. “Novosti-Armeniya” agentliyinin verdiyi xəbərə görə, aksiya Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında baş verib. “Daşnaksutyun”un gənclər təşkilatı tərəfindən təşkil olunan aksiyanın iştirakçıları həmsədrləri “Riyakarlığa yox!”, “İkili standarta yox!” şüarları və həmsədrlərin ana dilləri – rus, ingilis və fransız dilində yazılmış plakatlarla qarşılayıblar. Gənc daşnakların fikrincə, vasitəçilər hər iki tərəfə eyni cür yanaşaraq günahkarı öz adı ilə çağırmır və Azərbaycanın militarist bəyanatlarına əsas yaradırlar.