Qubada 4 "VAZ 2107" TOQQUŞDU
Qubada zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV xəbər verir ki, Vaqif küçəsində qeydə alınan qəzada 4 avtomobil toqquşub. Qəzaya uğrayan nəqliyyat vasitələrinin hamsı "VAZ-2107” markalı avtomobildir. Qəza zamanı Quba rayon sakini, 23 yaşlı Cəlil Ramazanovun idarə etdiyi “VAZ-2107 “markalı avtomobillə, 40 yaşlı Hidayət Tayıbovun eyni markadan idarə etdiyi avtomobil toqquşub. Yollar buz bağladığından toqquşan avtomobillər ərazidə hərəkətsiz vəziyyətdə olan Quba rayon sakinləri 28 yaşlı Arif Hacıbəyovun və 29 yaşlı Elçin Süleymanovun idarə etdiyi avtomobillərə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisəyə ilkin səbəb kimi Cəlil Ramazanovun idarə etdiyi avtomobilin dayanma qaydasına riayət etmədən əsas yola çıxması göstərilir. Faktla bağlı araşdırma aparılır.