Terrorçu-kamikadzeləri hazırlayan əmir öldürüldü

Rusiyanın Volqoqrad vilayətində terroru törədən terrorçu-kamikadzeləri hazırlayan əmir öldürülüb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçuları hazırlamaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat Dağıstanın İzberbaş şəhərində keçirilib.

 

Keçirilən xüsusi əməliyyat zamanı Kadar cinayət qruplaşmasının lideri, 30 yaşlı Cəmallədin Mirzəyev zərərsizləşdirilib. Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, eyni zamanda qrupun digər üzvü Yusup Yaxyayev da zərərsizləşdirilib. Bütövlükdə keçirilən əməliyyat zamanı dörd yaraqlı öldürülüb.

Müəllif | Apa.Tv