Həmsədlər regiona səfər zamanı müzakirə olunan məsələləri açıqladılar

"Bakıda snayperlərin ön xətdən çıxarılması məsələsini müzakirə etdik".

APA TV-nin xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov İrəvanda jurnalistlərə verdiyi açıqlamasında deyib. O, prezidentlərin növbəti görüşü məsələsinə də toxunub: "İkitərəfli görüş üçün hər iki prezidentin razılığı lazımdır. Ermənistan prezidenti ilə hələ ki, görüşməmişik. Ancaq təbii ki, biz danışıqların davam etdirilməsini istəyirik".

 

Öz növbəsində amerikalı həmsədr Ceyms Uorlik Bakıda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinin müzakirə olunduğunu deyib: "Biz münaqişənin sülh yolu ilə həllinə nail olmağın yollarını axtarırıq. Amma eyni zamanda bu qarşı tərəflər və onların hazırlığından asılıdır".
Uorlik, həmçinin qeyd edib ki, həmsədrlər gərginliyin azaldılması və cəbhə xəttində vəziyyətin kəskinləşməsinin qarşısının alınması üçün addımlar atmağa çalışır. 

Müəllif | Apa.Tv