Gənclər mükafatlandırıldı

"Gənclərimiz innovativ düşüncənin daşıyıcılarıdırlar və ölkənin gələcək inkişafında gənclərin rolu danılmazdır".

APA TV-nin xəbərinə görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov 2 fevral- Gənclər gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 17 ildir, respublikada Gənclər gününün qeyd edilir və təqribən 3 milyonluq gənclər kütləsinin mənəvi və fiziki sağlamlığı, vətəndaşların tərbiyəsi, yaradıcılığının dəstəklənməsi, qeyri-formal təhsili, cəmiyyətdə iştirakı, məşğulluğu, ictimai fəallığı, beynəlxalq səviyyədə əməkdaşlığı, asudə vaxtının mənalı təşkili, bu və ya digər məsələlərin hamısı dövlətin diqqətindədir.

Baş nazirin müavini, YAP-ın İcraçı katibi Əli Əhmədov isə deyib ki, Azərbaycanın gənc vətəndaşı olmaq şərəfli missiyadır. Gənclər həm Azərbaycanın bu gününü, həm də gələcəyini təmsil edirlər. Bu, kifayət qədər böyük məsuliyyət, gələcəyə hazır olmaq kimi bir gerçəklik tələb edir. Bu gün hər bir Azərbaycan gənci Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunub.

 

2 fevral- Gənclər günü ilə əlaqədar olaraq elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış 6 istedadlı və yaradıcı gəncə prezident mükafatı təqdim olunub. Nazirlik ötən ildəki uğurlu fəaliyyətinə görə 25 gənci, 11 qeyri-hökumət təşkilatı və tələbə-gənclər təşkilatlarını mükafatlandırıb.

 

Müəllif | Apa.Tv