Şirvanda 87 yaşlı QADIN EVİNDƏ YANARAQ ÖLDÜ
Şirvanda 5 mərtəbəli yataqxananın birinci mərtəbəsində yanğın hadisəsi baş verib, nəticədə bir nəfər ölüb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Xəqani küçəsində yerləşən yataqxanada olub.
Yanğın nəticəsində həmin yataqxanada məskunlaşan Füzuli rayon sakini, 1927-ci il təvəllüdlü Həsənova Ruhiyyə Əziz qızı aldığı yanıq xəsarətlərindən və tüstüdən boğulmadan ölüb. Yanğın nəticəsində 20 kv. metrə qədər ərazi yanıb. Yanğına Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin 2 avtoçəni cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisəyə yaşlı qadının alovla diqqətsiz davranışı səbəb olub. Faktla bağlı araşdırma aparılır.