"Mercedes" piyadanı VURUB ÖLDÜRDÜ
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Muxtariyyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Şahin Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən kənd sakini 1957-ci il təvəllüdlü Eyvaz Vəliyevi vurub. Xəsarət alan 57 yaşlı E. Vəliyev hadisə yerində dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.