Zaqatalada yanğın: AZYAŞLILAR XİLAS EDİLDİ

Zaqatalada yaşayış evində yanğın  baş verib. APA TV-nin xəbərinə görə, yanğın rayonun Nəriman Nərimanov küçəsində, Nəbiyeva Gülşən Məhəmməd qızının yaşadığı  ikimərtəbəli fərdi yaşayış evinin çardaq hissəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evdə olan azyaşlı uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 45 kv/m sahəsi yanaraq yararsız hala düşüb.

 

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək evin ikinci və birinci mərtəbələrinə keçməsinin qarşısı alınıb. İlkin ehtimallara görə, yanğına  səbəb, evin hamamının tüstü-bacasından çıxan qığılcımlar olub. Qeyd edək ki, yanğın olan evdə Gülşən Nəbiyeva ilə birlikdə onun iki qardaşı da öz ailələri ilə birlikdə yaşayır.

Fakla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov