Biləsuvarda ev yandı
Biləsuvarda fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə Biləsuvar rayon sakini, 1971-ci il təvəllüdlü Şölə Əmənulla qızı Həsənovaya məxsus 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı cəlb edilib. Yanğın söndürənlərin səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin, onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, 120 kvadratmetrlik evin bir otağı içindəki məişət əşyaları ilə birlikdə, həmçinin dam örtüyü yanaraq yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.