Astarada qəza: 1 ölü

Astara rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.  APA TV-nin xəbərinə görə, hadisə Ələt-Astara yolunun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb. Astara rayonunun Kijəbə qəsəbə sakini, Nizami Abdulla oğlu Rəsulov idarə etdiyi  “Toyota” markalı minik avtomobili ilə yolu keçmək istəyən Astaranın Maşxan kənd sakini, 1941-ci il təvəllüdlü  Ağaxanım Bayraməli qızı Rəhimovanı vurub.  A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. İlkin versiya kimi qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq

 

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv