Sabirabadda 23 YAŞLI QIZ KÜRDƏ BATDI

Sabirabad rayonunun Mürsəlli kənd sakini, 1991-ci il təvəllüdlü İsmayılova Aygül Mikayıl qızı Kür çayında batıb. Yaxınlarının bildirdiyinə görə, Aygül İsmayılova ruhi xəstə olub və çayın sahilində gəzərkən ayağı büdrəyərək suya düşüb. APA TV xəbər verir ki, onun ayaqqabısı batdığı yerdən bir-neçə metr irəlidə tapılıb. Qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilsə də, hələlik axtarışlar heç bir nəticə verməyib. Şaxtalı hava da xilasedicilərin işinə ciddi mane olub. Axtarışlara hələlik fasilə verilib.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı