Ağdaşda beşotaqlı EV KÜLƏ DÖNDÜ
Ağdaş rayonunda beşotaqlı ev tamamilə yanıb. APA TV-nin məlumatına görə, hadisə fevralın 5-də axşam saatlarında baş verib. Yanğın Ağdaş şəhərindən 42 kilometr aralıda yerləşən Pirəzə kəndində qeydə alınıb. Ev kənd sakini, 81 yaşlı Konfet Kazımovaya məxsus olub. Ümumi sahəsi 150 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı bütün otaqlar və evdəki əşyalar tamamilə yanaraq, yararsız hala düşüb. Hadisə zamanı evdə qalan Konfet Kazımova xilas edilib, xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğının elektrik naqillərində qısa qapanma səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.