Amerikalı həmsədr: “Olimpiya oyunları müddətində atəşkəsə əməl olunacaq"

“Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağda atəşkəs rejiminə əməl edəcəklərini bir daha təsdiqlədilər - xüsusən Olimpiya oyunları müddətində..."

 

APA TV-nin xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

 

Həmsədrlərin Ermənistana səfərinin yekunlarına toxunan Ceyms Uorlik bildirib ki, hələlik iki ölkə prezidentinin növbəti görüşünün vaxtı müəyyənləşməyib: SİTAT “Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğuladı”.

 

Xatırladaq ki, həmsədrlər bu həftə bölgəyə növbəti dəfə səfər ediblər.

 

Müəllif | Apa.Tv