Tibb Universitetinin MÜƏLLİMLƏRİ FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Bakıda yaşayış binasındakı mənzildə 2 nəfərin meyiti tapılıb. APA TV xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin "qaynar xətt"inə Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar.

 

Mənzilə baxış keçirilərkən 1939-cu il təvəllüdlü Xudaverdiyeva Həqiqət Mustafa qızı və 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıblar. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində hər iki şəxsin öldüyü müəyyən olunub. Onların dəm qazından boğulduğu bildirilir. 

 

Hər iki şəxs Tibb Universitetinin müəllimi olub.

 

Son sutka ərzində Bakıda 11 nəfər dəm qazından zəhərlənib. Onlardan da 7 nəfəri xəstəxanaya yerləşdirilib.

 

Müəllif | Apa.Tv