BMT-dən şok iddia: Vatikan UŞAQLARI CİNSİ İSTİSMARA MƏRUZ QOYUR

Birləşmiş Millətlər Təşkilatı Vatikanı uşaqların cinsi istismarında günahlandıran hesabat hazırlayıb. Hesabatda Vatikan rahiblərin minlərlə azyaşlını cinsi istismar etməsinə icazə verən idarəçiliyi sistemli olaraq, həyata keçirməkdə təqləndirilir.

APA TV-nin xəbərinə görə, qarşı tərəf isə, BMT-nin təşkilatı olan UNİCEF-in hesabatının ədalətli deyil, tərəfli olduğunu hesab edir.

Hesabatda uşaqların cinsi istismarında günahlandırılan və şübhəli bilinən bütün rahiblərin dərhal vəzifədən uzaqlaşdırılması tələb olunur.

Sənəddə Vatikanın rahiblərlə əlaqəli sənədləri açması və rahiblərin məsuliyyətə cəlb edilməsi də lazım olduğu bildirilir.

UNİCEF-in tövsiyələri məcburi sayılmır və tövsiyələrə əməl olunmaya bilinər.

Vatikan, BMT-nin dekabr ayında istismara bağlı məlumatları paylaşması tələbini rədd etmişdi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı