Ofisiant tanışını bıçaqladı

Xətai polis idarəsinin əməkdaşları 24 yaşlı Asif Məmmədovu şübhəli şəxs qismində saxlayıblar. O, tanışını bıçaqlamaqda təqsirləndirilir. Asif Məmmədov aralarında yaranan mübahisə nəticəsində tanışı Sərxan İsmaylovu bıçaqlayıb.

APA TV-nin xəbərinə görə, Asif Məmmədov sərxoş olduğunu deyib. O, tanışına bir neçə bıçaq zərbəsi endirib. İstintaqla müəyyən olunub ki, Asəf Məmmədov restoranda ofisiant işləyir. Törətdiyi bu əmələ görə onu azı 7 illik həbs cəzası gözləyir. 

Müəllif | Apa.Tv