Təhsil Nazirliyinin “Qaynar xətt”inə ANONİM ZƏNGLƏR ARAŞDIRILMAYACAQ
"Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan anonim zənglər araşdırılmayacaq".
APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ( “Qaynar xətt” xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin direktoru Yaşar Zeynalov bildirib: "İnsanlar mümkün qədər özlərini təqdim etməlidirlər ki, şikayətlərini araşdıra bilək. Vətəndaşlar şikayətlərinin araşdırılmasını istəyirlərsə, heç kimdən qorxmamalı və bu barədə nazirliyə müraciət etməlidirlər”.

Vətəndaşların qəbulu üçün elektron qeydiyyat mərkəzi yaradılıb. Şikayətlər ya “Qaynar Xətt” xidmətinə (146) zəng vurmaqla, ya da Vətəndaşların Qəbulu Mərkəzinə getməklə edilə bilər.
O qeyd edib ki, bu il Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan zənglərin sayı 4 dəfə artıb. 2013-cü ilin yanvarında “Qaynar xətt”ə 700-ə yaxın müraciət daxil olubsa, bu ilin yanvarında bu rəqəm 2500-ə çatıb.