Həmyerlimiz əlcəzairli TURİSTİN QATAR BİLETİNİ OĞURLAYIB SATDI

Novosibirskdə azərbaycanlı əlcəzairli turistin biletini oğurlayaraq satıb. Sibir Federal dairəsi üzrə Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin yaydığı məlumata görə, 35 yaşlı əlcəzairli turist "Novosibirsk-Əsas" vağzalında Çitaya kimi olan biletini itirib. O, kassaya müraciət edərək kişi tualetində pəncərənin yanında Çitaya qədər olan dəmir yol biletini unutduğunu və bu barədə yalnız 2 saat sonra xatırladığını deyib. Bilet kitabın arasında olub. Daha sonra o həmin yerə qayıdıb, amma nə kitabı, nə də bileti tapıb. Kassadan isə ona naməlum bir şəxsin bileti qaytardığını deyiblər.


APA TV xəbər verir ki, cinayət axtarış şöbəsinin əməkdaşları kamera görüntülərinə baxıblar və bir saatdan sonra şübhəli şəxsi saxlayıblar. Məlum olub ki, 4 dəfə məhkumluq həyatı yaşamış azərbaycanlı həqiqətən bileti qaytarıb və hətta aldığı pulu xərcləyib. O, günahını etiraf edib.

 

Azərbaycanlıya qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv