Azərbaycanda "Asan imza" istifadəçilərinin sayı 2 milyonu keçib

 

"Azərbaycanda "Asan imza" istifadəçilərinin sayı 2 milyon nəfəri ötüb. 2012 ci ilin avqust ayından tətəbiq olunan "Asan İmza" bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir".

APA TV-nin xəbərinə görə, Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, həmin imzanın digər Avropa ölkələrində tanınması önəmli amildir. Bununla  biznes subyekti olaraq, dünyanın istənilən ölkəsindəki tərəfdaşlarla müqavilə bağlamaq mümkündür. 

Bundan sonra bələdiyyə ödəyiciləri ilə vergi xidməti orqanları arasında əməliyyatlar da avtomatlaşdırırlmış qaydada tətbiq olunacaq.

Bunu isə Vergilər Nazirliyinin Vergi Siyasəti Və Strateji Araşdırmaları Baş İdarəsinin rəisi Natiq Şirinov deyib:" Vergilərin Nazirliyinin müvafiq əmri ilə artıq metodiki vasaitlər təsdiq olunub. Bunun nəticəsində bələdiyyələrin avtomaşlaşdırlmış vergi informasiya sistemi hazırlanıb".

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə bildirib ki, vergidən yayınmala ilə bağlı problemlər var. Yanvar ayında 4,493 min vergi ödəyicisinin qanunu pozduğu müəyyənləşib: "Nəğdsiz ödənişlərin həyata keçirilməsində vəziyyət qənaətbəxş deyil. Posterminalların sayının kifayət qədər olmasına baxmayaraq, əhalidə kredit və debüt kartların olması da bu sahədə olan ləngliyi aradan qaldırmağa kömək edə bilməyib. Çünki kartlar istifadə ürəkaçan səviyyədə deyil". 

Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda 2 günlük Vergi Forumu başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv