TN: Şikayətlər daha çox məktəblərin istilik sistemi ilə bağlı olur
Təhsil Nazirliyində Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti) və Vətəndaşların Qəbulu Mərkəzi yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib. Hər iki mərkəz beynəlxalq standartlara cavab verən avadanlıqlarla təmin edilib və xüsusi təlim keçmiş vətəndaşlar cəlb edilib. Hər iki mərkəz Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib.
Tabloda müəyyən istiqamətlərdə şikayətlərə yer ayrılıb. Vətəındaş istədiyi istiqaməti seçir, çeki götürərərk nazirliyin əməkdaşlarına yaxınlaşır.
Vətəndaşların Qəbulu Mərkəzinin əməkdaşı Elmira Rzayeva deyib ki, sualların cavablandırılması üçün proqramı var: "Vətəndaş yaxınlaşdığı zaman bizə verdiyi suallar əsasında açar sözü yazırıq. Vətəndaş bununla qane olduğu zaman yola salırıq, qane olmadığı halda şöbə müdürlərinin qəbullarına yazırıq".
Proqramda müvafiq qeydlər aparandan sonra həmin müraciətlər, şikayətlər arxivə yerləşdirilir.
Məlumat Mərkəzinin əməkdaşı Aynur Əliyeva deyib ki, daha çox korrupsiya ilə bağlı şikayətlər olur: "Bir də məktəblərdə istilik sitemləri ilə bağlı şikayətlər olur".
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq vətəndaşlara xidmət edir. Mərkəzlərdə bütün xidmətlər pulsuzdur.