Sumqayıtlı iki GƏNC SURİYADA ÖLDÜRÜLDÜ

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.
Bu barədə yaraqlılara məxsus saytlar məlumat yayıb. APA-nın məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan Fariz adlı azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb. Onun Sumqayıtdan olduğu bildirilir. Silahlılar onun meyitinin və ölümündən əvvəlki fotolarını sosial şəbəkələrdə yayıblar. Bundan başqa, mücahidlər ötən ilin dekabrında Suriyada öldürülən daha bir azərbaycanlının fotosunu da sosial şəbəkələrdə yerləşdiriblər. “Ziko” ləqəbli həmin azərbaycanlının da Sumqayıt şəhərindən olduğu bildirilir.
Bu arada Suriyada Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşanınin öldürüldüyü xəbəri də yayılıb.

APA TV xəbər verir ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 

Müəllif | Apa.Tv