BAKININ MƏRKƏZİNDƏ 10 MİN EV SÖKÜLƏCƏK
Bakı şəhərinin mərkəzinin müfəssəl planına uyun olaraq, hazırkı qış parkından Nərimanov prospektinə kimi olan ərazilər tamailə sökülərək yerinə park salınacq. Bunu APA TV- yə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib. Onun sözlərinə görə, Mirzağa Əliyev küçəsindən - yəni Dövlət Dram Teatrının arxa hissəsindən başlayaraq, Təzəpir Məscidinə kimi olan ərazi tamamilə söküləcək. Təxminən 40 hektar ərazidə yeni standartlara uyğun park salınması nəzərdə tutulur. Eyni zamanda ikinci mərhələdə Nərimanov prospekti ətrafından Hüseyn Cavid bağına kimi olan ərazinin də sökülərək yenidən qurulması planlaşdırılır.
Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin aparılması ilə bağlı icra hakimiyyətində işçi qrup yaradılıb. Artıq söküntü işləri ilə bağlı sakinlər də məlumatlandırılıb. Hətta evlərini nə zaman boşaltmalı olduqları barədə xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirblər ki, artıq söküntü işlərinin aparılması üçün maliyyə vəsaiti ayrılıb. Bəzi ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir. ilkin mərhələdə Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur.