"AZƏRTUNEL"İN OFİSİ YANDI

Ötən gecə Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektidə, "Azərtunel" tikinti şirkətinə məxsus ofisdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5-dən artıq yanğınsöndürmə briqadası cəlb edilib.

Ofisin mühafizəçisinin verdiyi məlumata görə, yanğından əvvəl elektrik xətlərində qısaqapanma baş verib. Yanğına qısaqapanmanın səbəb olduğunu "Azərtunel" rəhbərliyi də təsdiqləyib.

 

Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, yanğın baş verən ofisin ümumi sahəsi 200 kv.metrdir. Birmərtəbəli binanın 60 kv. metrlik sahəsi içərisindəki əşyalarla birlikdə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:28-də söndürülüb.

 

Yanğın nəticəsində xəsarət alan olmayıb.  

 

Müəllif | Apa.Tv