ÖMRÜNÜN 25 İLİNİ HƏBSDƏ KEÇİRƏN kişi yenə tutuldu
Ömrünün 44 ilindən 25-ini həbsxanada keçirmiş Şirvan sakini azadlıqda olarkən üzərindən narkotik vasitə olan tiryək aşkarlanıb. Mehdiyev Ağa Sabir oğlu satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq çəkidə, ümumi çəkisi 3,402 qram narkotik vasitə, həmin tiryəkləri 9 ədəd sellefona bükülü vəziyyətdə müxtəlif çəkilərdə hissələrə bölərək qanunsuz olaraq üzərində saxlayıb. Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməmliyyat axtarış tədbirləri nəticəsində həmin narkotik vasitə olan tiryəklər onun üzərində aşkar edilərək götürülüb. Ağa Mehdiyev narkotiki haradan və niyə əldə etməsini çox qəribə əsaslandırıb
APA TV-nin xəbərinə görə, Mehdiyev Ağa Sabir oğlu Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində is tintaqa cəlb edilib.
Bundan başqa Mehdiyev Ağa Sabir oğlunun yaşadığı mənzilə baxış keçirirlərkən bir ədəd tərəzi və iki ədəd süngü bıçağı aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb.