"VAZ-2106" Piyadanı VURUB ÖLDÜRDÜ

Tovuzun Düz Cirdaxan kəndi əraziində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yolu keçmək istəyən Təvvəkkül Qasımovu Cəlili kənd sakini Bəhruz Həsənov idarə etdiyi "VAZ-2106" ilə vurub. Daha sonra həmin avtomobil Nemət Dəmirovun idarə etdiyi "Opel"markalı minik maşına çırpılıb. Qəza zamanı sürücülər xəsarət almasa da, 70 yaşlı piyada Təvvəkül Qasımov Tovuz Mərkəzi xəstəxanasına çatdırılarkən yolda vəfat edib.

APA TV-nin xəbərinə görə, faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli