İki maşın toquşdu: 4 YARALI

Ucar rayonu ərazisində dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistralının 332km-liyində, Ucar rayonunun Qulabənd kəndi ərazisindən keçən hissəsində iki minik maşını toqquşub.

 

APA TV-nin xəbərinə görə, Ağdam rayon sakini, 33 yaşlı Rzayev İbrahim Hidayət oğlu idarə etdiyi "Mercedes" markalı avtomaşınla hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən Ucar rayon sakini, 53 yaşlı Məcidov Əmiraslan Rəhim oğlunun idarə etdiyi "VAZ 2104" markalı minik maşını bir-birinə çırpılıb. Hadisə nəticəsində hər iki avtomabilin sürücüləri, həmçinin "Mercedes"in sərnişinləri - Ağdam rayon sakinləri, 63 yaşlı Əmirov Vaqif Məhərrəm oğlu və 62 yaşlı Muradov Vaqif Məhərrəm oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ucar mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

Yaralılardan ikisi - "Mercedes"in sürücüsü və bir sərnişinin vəziyyətləri yüngül olduğundan ilk yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Zahid Abışov