Bakı sakininin qarajı yandı
Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, şəxsi avtomobil qarajı yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası cəlb edilib və yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyi də yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin dam örtüyü 6 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.