Xaçmazda 15 yaşlı oğlan dəm qazından zəhərləndi

Ötən gün axşam saalarında Xaçmazda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Xaçmaz şəhəri, Fətəli xan Xoyski küçəsi, ev 10 ünvanında yaşayan 1998-ci il təvəllüdlü Abbasov Samir Məmməd oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

 

APA Tv-nin xəbərinə görə, o, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Bakıda isə dəm qazından zəhərlənmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 10 müraciət daxil olub. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

 

Müəllif | Apa.Tv
Vəli Turan