Xalq artisti Ramiz Məlikin ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

 

Xalq artisti Ramiz Məlik əməliyyat olunub. Uzun müddət böyrək kistasından əziyyət çəkən xalq artisti fevralın 7-də Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub. Əməliyyata rəhbərlik edən uzman həkim - uroloq Rəşad Məmmədov APA TV-yə bildirib ki, xalq artistinin sağ böyrəyində kista var:

"Bu kista kiçik ölçülərdə olanda zərərsiz olur. Amma çox böyük ölçülərə vardıqda, ətraf toxumaları və eyni zamanda böyrəklərə də ciddi zərər vurur. Buna görə də son müayinələrdə kistanın zərərli olduğu qənaətinə gəlindi".

 

Xalq artistinin əməliyyatı səhər saatlarında baş tutub.

 

Xalq artisti Ramiz Məlik hazırda Mərkəzi Neftçilər xəstəxanasında əməliyyat olunur. Əməliyyatın bir neçə saat davam edəcəyi söylənilir.

 

Bir saat yarım davam edən əməliyyat uğurla başa çatıb. Xalq artisti palataya köçürülüb.

R. Məlik 2012-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunub.

 

Müəllif | Apa.Tv