Qərib Məmmədov torpaq islahatlarından kənarda qalan şikayətçiləri dinlədi

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Balakən, Zaqatala, Qax,  Şəki, və Oğuz  rayonlarının sakinləri ilə qəbul keçirib.

 

APA TV-nin  məlumatına görə, qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar-islahat komissiyasının siyahısına salınmaması, bəzilərinin həyətyanı sahələrinin meşə fondu və qış otlağı ərazilərinə düşmələri, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər ediblər. 

 

Qərib Məmmədov deyib ki, 89-90-91-ci illərdəki səriştəsiz rəhbərlərin sayəsində çoxlu qüsur olub: "Bu vaxtlar insanlar qazanc dalınca ayrı-ayrı ölkələrdə olublar və islahatlar aparılan zaman onlar ölkədə olmayıb. Təbii ki, onların olmadğına görə yerli icra hakmiyyətinin nümayəndələri onları qeydiyyata almayıb və beləliklə həmin insanlar torpaq payı almayıblar. İndi biz o insanları araşdırırırq"

Müəllif | Apa.Tv
Vüqar Heydərov