Gənclərin I sağlamlıq forumu keçirildi

Hacıqabulda Region gənclərinin I sağlamlıq forumu keçirilib. Foruma ətraf rayonların gəncləri qatılıb. Gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısını almaq, bu istiqamətdə preventiv tədbirlərin həyata keçirilməsi və maarifləndirmə işlərinin aparılması forumun əsas mövzusu olub. Sonda tədbir iştirakçılarının hazırlandığı təqdimat paketləri yerli icra strukturlarına göndərilib.

 

APA TV-nin xəbərinə görə, tədbir Hacıqabul rayon Gənclər və İdman İdarəsi, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı