Vergi ödəyicilərinə şad xəbər: AMNİSTİYA OLACAQ
"Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə 33 mindən artıq pos-terminal quraşdırılıb. Nağdsız ödəniş qurğularının sayı bu il 70-90 minə çatdırılacaq. Hazırda Vergilər Nazirliyi kommersiya bankları ilə pos-terminalların quraşdırılması məsələsi üzrə iş aparır. Terminalların bütün obyektləri əhatə etməsi nəzərdə tutulub".
APA Tv xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov deyib: "Bu il Bakı, Gəncə, Sumqayıt, Naxçıvan Muxtar Respublikası başda olmaqla bütün rayon mərkəzlərində təqribən 70 min posterminalın quraşdırıması başa çatdırılacaq".
Nazir Azərbaycanda artıq körpələr evləri, uşaq bağçaları və uşaq evlərinin 10 il mənfəət və sadələşdirilmiş vergini ödəməyəcəyini də xatırladıb:" Bu Azərbaycanda fəaliyyət göstərən bütün özəl bağçalarla yanaşı, yeni istifadəyə veriləcək özəl bağçalara da şamil edilir".
Fazil Məmmədov qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəıti ilə məşğul olanların sayının da son ilərdə kəskin şəkildə azaldığını deyib: "Qeydiyyatdan keçmədən sahibkarlıqla məşğul olan sahibkarların sayı 2013-cü ildə 9 min nəfər təşkil edib".
Nazir gəlirlərin ümumi bəyannaməsinə keçid məqsədilə Azərbaycanda vergi amnistiyası keçiriləciyini də deyib: "Ölkədə ümumi vergi bəyannamələrinin tətbiqinə hazırlaşırıq . Bu, böyük layihədir. Gəlirlərin rəsmən bəyan edilməsinə amnistiya sistemi olmadan keçmək olmaz. Hazırda hazırlıq prosesi davam edir".
Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumu keçirilib.