Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi niyə gecikir? - RƏSMİ

"2014-cü ilin sonlarında Bakı-Tiflis-Qars dəmir yolu xətti üzrə ilk işçi qatarı yola düşəcək".
APA TV-nin xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov deyir ki, 2015-ci ilin sonunadək yeni xəttin tam istismara verilməsi nəzərdə tutulur: "Hazırda hava şəraitindən asılı olaraq, Türkiyə və Gürcüstan sərhəddində işləmək mümkün deyil. Lakin Marabda-Axalkalaki hissəsində Gürcüstan istiqamətində hava şəraiti işləmək üçün əlverişlidir. Elə burada da əsaslı təmir işləri aparılır. Eyni zamanda pararlel olaraq, Axalkalaki stansiyasının tikintisi ilə bağlı işlər gedir".

İdarənin rəsi müavini deyir ki, həmin sahə çətin reylefə malikdir. Layihənin tikintisində yaranan gecikmələr də bu səbəbdəndir.
İdarə sözçüsü son günlər ölkənin dəmir yollarında baş verən qəzalara da aydınlıq gətirib: "Hadisənin baş verməsinə taxta vaqonunun dəmir yolu qaydalarına uyğun olaraq bərkidilməməsi səbəb olub. Qəzanın fəsadları dəmir yolunun səyi nəticəsində qısa müddət ərzində aradan qaldırılıb. Yüklər maksimum səviyyədə toplanaraq, sahibkarlara təhvil verilib, məhsul itkisi baş verməyib”.
QSC-nin digər qonşu ölkələrdə baş verən dəmir yolları qəzalarını da izlədiyini deyən idarə rəisinin müavini deyib ki, qurum bu hadisələrin qarşısını almaq üçün ciddi tədbirlər görür.

 

Müəllif | Apa.Tv