Üç qardaşın YANDIRILARAQ ÖLDÜRÜLMƏSİNİN TƏFƏRRÜATLARI
Sumqayıtın Corat qəsəbəsində dəhşətli qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.
APA TV-nin hadisə yerində olan əməkdaşı xəbər verir ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları ilə oturub yeyib-icdikdən sonra evə getmək adı ilə bağı tərk edib. Az sonra geri qayıdan zaman dayılarının yuxuya getdiyindən əmin olub. Özü ilə gətirdiyi yandırıcı maddəni oturduqları otağın bir neçə yerinə töküb və qapını bağlayaraq oranı tərk edib.
Sonra isə evə od vurub. İlkin ehtimala görə, 23 yaşlı oğlanın dəhşətli hadisəni törətməsinə səbəb dayılarının onun atası haqqında dedikləri nalayiq ifadələr olub.
Bayı və bacıoğlular həmin evin təmiri ilə məşgul olublar.
Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyev evdən çıxa bilməyiblər və tüstüdən boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.