İtlər canavara hücum etdi
Həmişə təsərrüfatlara hücum edən canavar bu dəfə özü hücuma məruz qalıb. Maraqlı hadisə Xaçmazın Hacıəlibəy kəndində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, dəfələrlə canavarlar təsərrüfatlara hücum edib, mal-qaranı tələf edib. Növbəti belə bir hücum zamanı isə kənd itləri canavarlardan qisas alıb.
Kənd sakinləri bildiriblər ki, təhlükə hələ də qalmaqdadır. Onlar yırtıcılara qarşı tədbir görülməsini istəyirlər.