Azərbaycandan Türkiyəyə verilən qazın nəqli dayandırıldı
Azərbaycandan Türkiyəyə verilən qazın nəqli dayandırılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bakı-Tiflis-Ərzurum xəttindən göndərilən qazın texniki nasazlıq səbəbindən dayandırıldığı bildirilib. Texniki nasazlıq qazın Türkiyəyə verildiyi Səngəçal mədənində baş verib.
Həmçinin Azərbaycan tərəfi nasazlığı aradan qaldırmaq üçün tədbirlər gördüyünü və problemin bu gün aradan qaldırılacağını bildirib.
Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib.