Gürcüstanda 1000 MƏHKUM ACLIĞA BAŞLADI

Gürcüstanda Kutaisi yaxınlığındakı Qequtsk həbsxanasında 1000-ə yaxın məhkum aclıq elan edib. Gürcüstan mətbuatının yaydığı xəbərə görə, onlar həbsxana əməkdaşlarının kobud rəftarına bu cür etiraz ediblər.

 

APA TV-nin xəbərinə görə, fevralın 7-də bu məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Gürcüstanın islah naziri Sobar Suzari bu aksiyanı həbsxanada olan kriminal avtoritetlərin təşkil etdiyini deyib. Onun sözlərinə görə, bu aksiya ilə bağlı hətta onu bir neçə həftə əvvəl xəbərdar etmişdilər və o, bununla bağlı insan haqları müvəkkili Uça Nanuaşviliyə məktub ünvanlamışdı.

 

Mətbuatın yazdığına görə, hazırda Qequts həbsxanası qarşısında məhkumların ailə və yaxınları toplaşıblar. Onlar təcridxana administrasiyası  nümayəndələri ilə görüş tələb edirlər.

 

Müəllif | Apa.Tv