Kosovada TƏLƏBƏLƏRLƏ POLİS ARASINDA TOQQUŞMA
Kosovanın paytaxtı Priştinada universitet tələbələri və polis arasında toqquşma baş verib. Rusiya mətbuatının məlumatına görə, tələbələr universitetin rektoru İbrahim Ğaşinin istefasını tələb edir.
Etirazçılar univerisitet binasını daşa basıblar. Cavab olaraq, Kosovo polisi aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiya zamanı 39 etirazçı, 32 polis və bir neçə jurnalisti yaralanıb . 33 nəfər isə ciddi xəsarət alıb.
İştirakçılar sırasına tələbələrlə yanaşı siyasətçilər və ictimai xadimlər də qatıllıb. Saxlanılanlar arasında millət vəkilləri də var. Yüzlərlə gəncin qatıldığı etiraz aksiyasında "Universitet daxili baş verənlərə məsul olun" bəyanatı səsləndirilib.
Priştina tələbə etirazları səkkiz gündür, davam edir.