Meksikada «donuz qripindən» 390 nəfər ölüb
Meksikada «donuz qripindən» 390 nəfər ölüb. APA-nın verdiyi xəbərə görə, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, ümumilikdə isə qripə yoluxmuş insanların sayı təxminən 3,7 min nəfərə çatıb. Qripdən ölən 421 nəfərin 390 nəfəri «donuz qripindən» dünyasını dəyişib.
Qeyd edək ki, Meksikada A/H1N1 virusunun ilk yayılma hallarına 2009-cu ilin aprel ayında rast gəlinib. Həmin vaxtdan həkimlər onu «donuz qripi» adlandırıblar. Xəstəlik əvvəllər yalnız donuzlarda müşahidə olunurdusa, sonradan qripin simptomları insanlarda da qeydə alınmağa başlayıb. Qısa müddət ərzində bu xəstəlik bir çox ölkəyə yayılıb.