Türkiyə hökuməti GÜLƏNƏ MESAJ VERDİ
Baş nazirin köməkçisi Bülənt Arınc Amerikada yaşayan Fətullah Gülənə müraciət edib. APA TV-nin məlumatına görə, müraciətdə deyilir: "Möhtərəm hoca əfəndi Türkiyədə yaşanan bu hadisələrə baxaraq camaat içərisində səhv edənlərin olduğunu, özünün isə bu hadisələrdə iştirak etmədiyini düşünürsə, onda bu mövzuda ciddi bir araşdırma apararaq, səhv edənlərin mövcud ola biləcəyini, hökumətimizin əleyhinə çalışanların varlığına inandığı təqdirdə buna uyğun bir mesaj verməsini istəyirəm. Camaatın bütün heyətinin bu günlərə qədər daim inandığı hökumətimizə dəstək olmağı arzu etməsini istəyirəm". Daha sonra Arınc bildirib ki, belə olarsa həm Türkiyəyə sakitlik gələr, həm də aradakı inciklik aradan qalxar. Qeyd edək ki, dekabrın 17-də Türkiyədə həyata keçirilən rüşvət əməliyyatında bir neçə nazir və nazir oğlu rüşvət almaqla təqsirli bilinir. Baş nazir Rəcəb Tayyib Ərdoğan əməliyyatın təşkil olunmasında Fətullah Güləni və nurçuları günahlandırır.