Fransada gömrükdə 3 ton fil dişi aşkarlanıb
Avropa İttifaqı heyvan qaçaqmalçılığı ilə mübarizədə səylərini artırır. Bu sahədə nümunə göstərilən Fransada son 20 ildə gömrüklərdə qeyri-qanuni 3 ton fil dişi aşkarlanıb. Avropa Komissiyasının ətraf mühitə cavabdeh olan nümayənbdəsi Yanez Potoçnik bu faktlara qarşı ciddi tədbirlər görmək məqsədilə strateji platforma hazırladıqlarını bildirib: "Çantalarında fil dişi daşıyan turistlərdən söhbət getmir. Milyardlarla avroyla ölçülən beynəlxalq qaçaqmalçılıq şəbəkəsindən danışırıq. Heyvan qaçaqmalçılığının narkotik, silah və insan qaçaqmalçılığından heç bir fərqi yoxdur".
Son 10 ildə Fransada fildişi qaçaqmalçılığına görə cərimələr 15 min avrodan 150 min avroya qaldırılıb.