Xaçmazda AVTOBUS AĞACA ÇIRPILDI: 7 YARALI

Gəndob – Yalama yolunun 25-ci km-də yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə yolun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən 90 NC 385 dövlət nömrə nişanlı “Hyundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Vəli Turan