4 yaşlı oğlan belə xilas edildi
Gəncədə 4 yaşlı uşaq mənzildə köməksiz qalıb. Vəli Xuluflu küçəsindəki binanın mənzilində qapını aça bilməyən Rüstəmov Hüseyn Hüseynqulu oğlunun xilası üçün FHN-nin xüsusi xilasetmə briqadası cəlb olunub. Xilasedicilər binanın 7 mərtəbəsində yaşayan qonşunun pəncərədən xüsusi vasitə ilə aşağı mərtəbədəki mənzilə daxil olublar. APA TV-nin xəbərinə görə, uşaq içəridən çıxarılaraq ailəsinə təhvil verilib.