Gəncədə ƏR ARVADINI BIÇAQLADI

Gəncədə ailə münaqişəsi zəmində bıçaqlanma olub. Gəncə Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-yə verilən məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Musayeva Nailə Adilxan qızı qarın və qolların kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, 40 yaşlı qadını onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Kamran Quliyevin bıçaqladığı məlum olub.

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli