Azərbaycanda daha ucuz və keyfiyyətli internet nə vaxt olacaq? - RƏSMİ
Bu ilin ikincı yarısında Azərbaycanda daha ucuz və keyfiyyətli internet imkanları yarana bilər. APA TV xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib: "Əhalinin böyük bir qisminən ucuz və keyfiyyətlə internete çıxışını təmin etmək üçün ümidimiz Dövlət Neft Fondu ilə birgə həyata keçirilən genişzolaqlı optik infrastruktur internet layihəsidir".
Əli Abbasov mobil nomrə daşınması prosesindən də danışıb: "Qısa zamanda bir neçə yüz nəfər mobil daşınma prosesində iştirak edib. Mobil nömrə daşınması prosesində hələlik bir problem yoxdur. Ümid edirik ki, bu, internet bazarında rəqabətin gücləndirliməsinə və qiymətlərin aşağı düşməsinə səbəb olacaq".
Özəlləşdiriləcək iki dövlət rabitə müəssisəsinin qiymətləndirilməsinə başlanılıb. Bunların "Aztelekom" və "Bakı Telefon Rabitəsi" İB-ləri olduğunu deyən Əli Abbasovun sözlərinə görə, özəlləşdirmənin başlanmasına qədər müəssisələr vahid Açıq Səhmdar Cəmiyyətdə birləşdiriləcək.
Bakıda “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunlarına və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının bir illiyinə həsr olunmuş tədbir keçirilib.